Accessibility links

Drezdendə 1 milyard avroluq zinət əşyaları oğurlanıb


Saksoniyanın mədəniyyət naziri noyabrın 25-də səhər erkən Almaniyada muzeylərin birindən qiymətli daşlar və digər zinət əşyalarının oğurlandığını bildirib. Nazir bunu 'bütün Saksonların və Saksoniya əyalətinin mədəniyyətinə hücum' adlandırıb.

Oğrular barokko üslublu Yaşıl Sərdabəyə (Green Vault) daxil olaraq digər əşyalarla birlikdə qiymətli sənət əsərlərini də oğurlayıblar.

Muzey işçiləri jurnalistlərə açıqlamasında muzeydən 18-ci əsrə aid brilyant və yaqutdan olan ən azı üç dəst zərgərlik əşyalarının oğurlandığını söyləyib.

Polis binanı möhürləyib və hələ də əskik olan əşyaları araşdırmağa çalışır.

"Söhbət yalnız maddi dəyərdən deyil, Saksoniya əyaləti üçün qiymətsiz olan mənəvi dəyərdən gedir" - deyə, əyalətin daxili işlər naziri Roland Voller deyib.

Kolleksiya 18-ci əsrdə Fransa Kralı XIV Lui ilə rəqabətinin bir hissəsi olaraq daha parlaq zərgərlik əşyalarını sifariş verən Saksoniya elektoratının üzvü və daha sonra Polşa kralı II Avqust Güclü tərəfindən təsis edilib.

Ən tanınmış zinyət əşyalarından biri olan 41 karatlıq Drezden "Yaşıl almaz"ı oğurluq baş verən zaman Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyinə icarəyə verilib.

Drezdendəki digər eksponatlara 18-ci əsrdən bəri Hindistan krallığı məhkəməsinin qızıl, gümüş, mina, qiymətli daşlar və mirvarilərdən işlənmiş masa ölçülü sənət əsəri daxildir.

Kolleksiyaya sarayın zərgəri Yohan Melçir Dinqlinqer tərəfindən hazırlanmış və məleykələrlə bəzədilmiş 1701-ci ilə aid qızıl qəhvə servisi daxildir.

Yaşıl Sərdabənin xəzinəsinə İkinci Dünya Müharibəsində müttəfiqlərin bombardmanı zamanı ziyan dəyməsə də, xəzinə Sovet İttifaqı tərəfindən müharibə qəniməti olaraq götürülmüş və 1958-ci ildə Saksoniya əyalətinin tarixi paytaxtı Drezdenə qaytarılmışdı.

XS
SM
MD
LG