Accessibility links

Bayden administrasiyası paytaxt Vaşinqtonun 51-ci ştat olmasına dair qanun layihəsini təsdiq edib


Bayden administrasiyası ABŞ Nümayəndələr Palatasında paytaxt Vaşinqtonun Amerikanın 51-ci ştat olmasına dair qanunvericiliyi təsdiqləyib.

İdarəetmə və Büdcə Ofisi verdiyi açıqlamada "uzun müddətdir ki, Vaşinqton mahalının 700 000-dən çox əhalisi ABŞ Konqresində tam təmsilçilikdən məhrum edilib. Təmsil və özünüidarəetmə olmadan vergitutma millətimizin əası olan demokratik dəyərlərə ziddir” - deyə, bildirib.

HR 51 adlı qanun layihəsində sakinlərin ilk dəfə Konqresdə tam nümayəndəlik qazanması, Vaşinqtonun isə ölkənin federal hökumət kimi xidmət etməyə davam etməsi tələb olunur.

Bu addımın bərabər bölünmüş Senatda Demokratların çoxluq təşkil etdiyi şəhərdən daha iki Demokrat nümayəndə olmasını istəməyən Konqresdəki Respublikaçıların sərt müqaviməti ilə qarşılaşacağı gözlənilir.

Respublikaçılar qanun layihəsinin Kolumbiya mahalını federal bir bölgə olaraq meydana gətirən ABŞ Konstitusiyasına zidd olduğunu iddia edir və mahal sakinlərinin qonşu ştatlardakı nümayəndələrinə səs verməsi üçün alternativ sxemlər təklif edir.

Nümayəndələr Palatası qanun layihəsinə bu həftə səs verməyə hazırlaşır.

Sənəd keçən həftə palatanın Nəzarət və İslahat Komitəsində tək partiya səsverməsi ilə qəbul edilib.

Bayden administrasiyası Konqresin konstitusiya vəzifələrini və yeni ştatları birliyə qəbul etmək üçün konstitusiya səlahiyyətlərini təmin etmək üçün Konqreslə əməkdaşlıq etməyi planlaşdırdığını bildirərək, millət vəkillərini paytaxtı sakinlərinin dövlətçiliyə sürətli və nizamlı bir keçidini təmin etməyə çağırıb.

XS
SM
MD
LG