Accessibility links

DTX Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat-istintaq tədbiri keçirir


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayon İcra Hakimiyyətində (Bakıdan 173 kilometr cənub) əməliyyat-istintaq tədbirləri həyata keçirib.

Dövlət Təəhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatında deyilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

“Araşdırrmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir,” məlumatda qeyd edilir.

Yerli media qeyri-rəsmi mənbələrə istinadən Neftçala rayon icra hakimiyyəti başçısı və digər vəzifəli şxəslərin saxlanıldığını bildirir.

Xatırladaq ki, bundan öncə Dövlət Təhlükəsizliyi Xidməti 2019-cu il dekabrın 19-da Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevi, onun birinci müavini Ramiz Tatarovu, Yevlax rayon icra hakimiyyətinin keçmiş başçısı Qoca Səmədovu və digərlərini saxlayıb.

Saxlanılan şəxslərə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər ittihamlar irəli sürülüb.

XS
SM
MD
LG