Accessibility links

Dubayda 28-ci İqlim Dəyişikliyi Konfransı keçirilir


Dubayda 28-ci İqlim Dəyişikliyi Konfransı keçirilir
please wait

No media source currently available

0:00 0:03:07 0:00

Dubayda 28-ci İqlim Dəyişikliyi Konfransı keçirilir

Cümə axşamı Dubayda COP28 iqlim sammiti başlayır. Henri Ricvelin bildirdiyinə görə, görüş, alimlərin fikrincə, qlobal isitiliyə qarşı mübarizədə mühüm bir məqamda və dünyanın geri dönməz və fəlakətli iqlim dəyişikliyi astanasına olduğuna dair xəbərdarlıqlar fonunda keçirilir.

Alimlər 2023-ün ən isti il olaraq tarixə keçəcəyini gözləyir. Dünya boyu qorxunc dərəcədə isti temperatur, meşə yanğınları və fırtınalar kimi ekstremal hava şəraiti qeydə alınb.

Bu fonda cümə günündən başlayaraq 197 ölkədən 70 min nümayəndə iki həftəlik COP28 iqlim sammiti üçün Dubayda bir araya gəlir. Müşahidəçilər bunu mühüm məqam adlandırır.

“Bu, belə desək, ‘qlobal yoxlanış’ın başlanğıcıdır. Bu, (2014-də) Paris Sazişindən bəri ilk dəfədir ki, dünya o zaman qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün nələr etdiyimizi yoxlayır. Və hesabatda yazılanları görmək çətindir. Biz emissiyaları 43 faiz azaltmalıyıq. Ən son trayektoriya isə onu göstərir ki, bu onilliyin sonunda onlar 9 faiz artacaq və bunun dünya boyu insanlar üçün fəlakətli təsirləri olacaq,” BMT-nin keçmiş iqlim dəyişilliyi strateqi Tom Rivett-Karnak deyir.

COP sammitlərində mürəkkəb danışıqlar aparılır. Əksər ölkələr qlobal emissiyaları azaltmaq istəyir. Daha az inkişaf etmiş ölkələr deyir ki, istixana qaz emissiyalarına görə zəngin ölkələr məsuliyyət daşıyır və ona görə də, onlar qalıq yanacaqlarından istifadəni azaltmaları üçün daha yoxsul ölkələri kompensasiya etməlidir.

Yoxsul ölkələrin həmçinin iqlim dəyişikliyinə adaptasiya etmək üçün yardıma ehtiyacları var.

“Ötən il böyük nəticə bizim qarşısını ala bilməyəcəyimiz təsirlərdən irəli gələn itki və zərər üçün fond yaratmaq öhdəliyinin alınması oldu. Bu il həmin fondun reallığa doğru bir addım atdığını görməliyik,” Tom Rivett-Karnak deyir.

Paris Sazişinin məqsədi qlobal istiliyi 2050-ci ilədək sənaye dövründən öncəki dövrdəki səviyyədən 1,5 dərəcədən çox olmayan bir səviyyədə tutmaqdır.

Bu ay buzun 1990-cı illərlə müqayisədə üçqat daha sürətlə əridiyi Antarktidaya səfər edən BMT baş katibi deyib ki, günahkar bəllidir.

“Qalıq yanacaqlara olan asılılığa son qoymaq tamamilə vacibdir. Qalıq yanacaqlar iqlim dəyişikliyinin ilk mənbəyidir və mən ümid edirəm ki, növbəti ÇOP temperaturun 1,5 dərəcədən çox yüksəlməyəcəyinə zəmanət vermək üçün uyğun olan aydın vaxt çərçivəsində qalıq yanacaqların mərhələli şəkildə azaldılmasına qərar verə biləcək,” Antonio Quterreş deyib.

Dünyanın iki ən böyük iqtisadiyyatının lideri – ABŞ Prezidenti Co Bayden və onun çinli həmkarı Şi Tsinpin noyabr ayında danışıqlar zamanı iqlim dəyişikliyi ilə bağlı əməkdaşlığı dərinləşdirməyə razılaşıb.

“Biz ABŞ və Çinin razılıq içində olduğunu və birlikdə nəyə nail olmaq istədiklərini aydın şəkildə anladıqlarını görürük. Dünyanın bu öhdəliklərlə əlaqədar bir araya gəlməsi daha asandır,” Tom Rivett-Karnak deyir.

Ancaq bu həftə ABŞ rəsmisi deyib ki, Prezident Bayden COP28 danışıqlarında iştirak etməyəcək. Hələ ki, bunun səbəbi açıqlanmayıb.

Birləşmiş Ştatlar adından danışıqlar ABŞ-ın iqlim üzrə nümayəndəsi Con Kerri aparacaq.

Forum

XS
SM
MD
LG