Accessibility links

Pilotsuz aparatlar yaxın gələcəkdə taksiləri, təsili yardım maşınlarını, velosipedləri əvəz edəcək [Video]


Pilotsuz aparatlar yaxın gələcəkdə taksiləri, təsili yardım maşınlarını, velosipedləri əvəz edəcək
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Daha böyük və daha güclü dronlar gündəlik həyatımıza daxil olmaqdadır. Bu il Dubayda keçirilən "Beynəlxalq Texnologiya Şousu"nda əsasən pilotsuz maşınlar istehsal edən zavodların polis və yanğınsöndürəndən tutmuş taksiyə qədər, ictimai xidmət maşınları nümayiş etdirilib.

Bu dronların istifadəsinə lisenziya verildikdən sonra polis işçiləri tıxaclara düşmədən istənilən ünvana çata biləcək. Dubay polisi Adnan Məhəmməd: “Bunların sürəti saatda 70 km-dir və istənilən yüksəkliyə qalxa bilirlər. Lakin təhlükəsilik səbəbindən 5 metr yüksəklik proqramlaşdırılıb.”

Yüksək sürətli avtomiobillərdən istifadə edilən ölkədə sürətlər təhlükəli dərəcədədir. Ona görə də Dubay polisi batereya ilə işləyən, sürəti saatda 200 km. olan velosipedləri sınaqdan keçirir. “Bu velosipedin 8 kamerası və 360 dərəcəli görüntüsü var. Bu velosipedlər yüksək sürətlə gedən avtomobillərin sahiblərinə cərimə qəbzlərinin verilməsində yardım edəcək” deyə. Adnan Məhəmməd bildirir.

Yanğınsöndürənlər də pilotsuz aparatların üstünlüklərini görür. Bu dronlardan biri həm şaquli, həm də üfqi vəziyyətdə uça bilir. Dubay Mülki-Müdafiə İdarəsindən Əli Həsən Əlmütəva: “Bu kimi dronlar haqda eşidən ilk adamsınız. İki aydan sonra onlar rəsmən istifadəyə veriləcək.”

İctimai nəqliyyata gəldikdə isə mühəndislər tıxacdan uzaq durmaq üçün yaxın gələcəkdə iki nəfərlik taksi-dronların istifadəyə veriləcəyini deyirlər. Sürəti saatda 50 km. olan bu taksi-dronlar 200 metrə qədər hündürlükdə uça biləcək.

Günlərin birində bütün yol nəqliyyatını koordinasiya edən şəhər idarələrinin belə yüksək texnologiyadan istifadə etmək imkanı olacaq. "Smart Dubai Office"ndən Ayişə Bin Butti Bin Bişr: “Metro, avtobus, qəzalar, xəstəxanalar müxtəlif məktəblər evlər və mənzillər, biznesini böyüdərək yeni yerlərə köçmək istəyən sahibkarlar istifadə edə biləcək."

Bu yeni texnologiyadan nə vaxt istifadə ediləcəyini demək çətindir, lakin Dubaydakı “Texnologoya Həftəsi” bizə yaxın gələckdən xəbər verir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG