Accessibility links

Dubay məhkəməsi iki Çeçenistan yaraqlısına qarşı hökm çıxarıb


Dubay məhkəməsi iki Çeçenistan yaraqlısına qarşı hökm çıxarıb
Dubay məhkəməsi iki Çeçenistan yaraqlısına qarşı hökm çıxarıb

Həmin şəxslər 2009-cu ildə Sulim Yamadayevi qətlə yetirənlərə yardım etməkdə ittiham edilirlər

Dubay məhkəməsi Çeçenistan yaraqlılarının sabiq komandirinin iki yardımçısını qətllər həyata keçirməkdə ona kömək etməkdə günahkar bilərək, 25 il həbs cəzasına və bundan sonra isə ölkədən deportasiyaya məhkum edib. Biri İran vətəndaşı və digəri tacikistanlı biznesmen olan həmin şəxslər təqsirli olmadıqlarını deyiblər. Prokurorlar həmin şəxsləri 2009-cu ilin mart ayında Dubayda luks yaşayış evlərinin yaxınlığında Sulim Yamadayevi qətlə yetirənlərə yardım etməkdə ittiham edirdilər. İranlının Yuamadayevi qətlə yetirmək üçün qatilə silah verdiyi, tajikistanlı biznesmenin isə Yamadayevin olduğu yerlər barədə məlumatlandırdığı deyilirdi. Yamadayev 1990-cı illərdə Rusiyaya qarşı mübarizə aparan Çeçenistandakı üsyançıların sabiq lideri idi.

XS
SM
MD
LG