Accessibility links

Sulim Yamadayevin qətlində ittiham edilən iki nəfər həbs cazasına məhkum edilib


Silahlı şəxslər Sulim Yamadayevi ötən il Dubayda öz avtomabilinə minən zaman öldürüblər

Dubayda apelyasiya məhkəməsi Çeçenistanın sabiq hərbi komandirinin qətlində ittiham edilən iki nəfərin ömürlük həbs cəzasına dair hökmü ləğv edib. Bu gün məhkəmə onların cəzaçəkmə müddətini 3 ilə qədər azaldıb və artıq çəkdikləri 21 aylıq həbsi də ora daxil edib. Xəbər agentliyi bildirib ki, komandirin ailə üzvləri qətllə bağlı təqsirkarlara qarşı heç bir əlavə ittiham irəli sürmədiklərini bildirəndən sonra məhkəmə qərar çıxarıb. Silahlı şəxslər Sulim Yamadayevi ötən il Dubayda öz avtomabilinə minən zaman öldürüblər. Təhqiqatçılar qətlin siyasi xarakter daşıdığına inanırlar. Yamadayev və onun qardaşı Ruslan rus ordusu tərəfindən nəzarət olunan elitar Vostok batalyonunda xidmət göstərirdi. Lakin 2008-ci ildə baş verən avtomobil qəzasından sonra onların Çeçenistan prezidenti Ramzan Kadirovla münasibətləri kəskinləşdi. Kimliyi müəyyən edilməyən şəxs bir müddət sonra eyni ildə Ruslan Yamadayevi Moskvada qətlə yetirimişdi.

XS
SM
MD
LG