Accessibility links

Duman dünyada susuzluğa son qoya bilər


Duman dünyanın susuzluğunu yatırmağa kömək edə bilər
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Duman dünyanın susuzluğunu yatırmağa kömək edə bilər

Hesablamalara görə, hal-hazırda dünya əhalisinin üçdə ikisi ilin ən azı bir hissəsini su qıtlığı ilə yaşayır. İqlim dəyişikliyi və artan əhali sayı su təchizatını daha da zəiflədəcək. Mütəxəssislər bu qiymətli resursu ələ almaq üçün yeni yollar axtarırlar. Bəzi yerlərdə dumandan da su yığırlar.

Çilidə Atakama səhrasının cənub liman şəhəri Koquimboda yağış nadir haldır. Burada orta hesabla ildə əlli milimetr yağış yağır.

Onların işi dumanladır. Təsərrüfat mühəndisi Pedro Hernandersin dediyinə görə, on illiklərin quraqlığı və su təchizatının məhdud olan bir ərazi üçün bu duman tələləri əsl qurtuluş olub. O bildirib ki, onlar su imkanlarına malik olmayan icmalardır, buna görə də duman tələləri onlara əvvəl edə bilmədikləri kənd təsərrüfatı fəaliyyətlərinə köməklik edir".

Sis təpələr üzərində sürünən kimi bu torlar kollektora düşən su damcılarını tutur.

Yeni zeytunluğa kifayət olacaq qədər su toplanır. Bu, fermer Rikardo Alvares üçün uzun bir qurtuluş olub. O deyir: "Məncə, bu, biz gözlədiyimiz gözəl bir şeydir, çünki bundan əvvəl biz keçi təsərrüfatı ilə dolanırdıq. O illər çox çətin idi, mal-qara yaşayış üçün bir o qədər də köməklik etmirdi. Bu isə oğullarımızın iş üçün şəhərlərə köçməsinə səbəb olurdu. Bu zeytunluq layihəsi bizim üçün bir fürsət oldu".

Alvares deyir ki, zeytunlar növbəti nəsillərin gələcəyini təmin edib, onun icmasının xilası ola bilər.

Alimlər bu duman kombaynlarının daha yaxşı işləyə biləcəyini söyləyirlər.

Virciniya Texniki Universitetin mühəndisi Conathan Boryeko bildirib ki, bu kombaynlar tordan hazırlanırlar. Tor çox böyük olanda, su damcıları torun dəlikləri içərisindən keçirlər. Kiçik olduqda isə dəliklərin üzərinə yığışaraq suyun keçməsinə mane olurlar. Beləliklə, biz hər iki halda itiririk. Odla su rasında qalırsan.

Boryeko və onun həmkarları yelpiyə bənzər torları daha da təkmilləşdirirlər. Onların su damcılarının asanlıqla keçməsinə mane ola biləcəq üfüqi simləri olmayacaq.

Bu yeni tor şəbəkəsi əvvəlkindən üç dəfə çox su çəkir.

Toru daha yaxşı işlətmək üçün başqa bir üsul var: elektrik enerjisi ilə istiqmətlərini dəyişməklə. Bunu Massaçusets Texnologiya İnstitutunun mühəndisi Kripa Varanasi deyir, elektrik qüvvəsi sonra damlacıqların hərəkətini əsaslı şəkildə dəyişir. Külək xəttləri ilə hərəkət etmək əvəzinə, indi onlar elektrik cərəyanının ardinca gedirlər və bu damcıların daha böyük bir hissəsi kollektorlara yönələrək hasil olunur".

Cərəyan açıldığında çətin ki, hər hansı bir duman elektriklənmiş toru keçə bilsin.

Varanasinin əsas məqsədi elektrikli soyutma qüllələrindən dumanı toplamaqdır.

Lakin Cənubi Afrikanın Keyptaun kimi şəhəri kimi suyun sözün əsl mənasında tükəndiyi yerlərdə bu yeni texnologiya suyun duzdan təmizlənməsi və digər texnologiyalardan daha ucuzdur.

XS
SM
MD
LG