Accessibility links

Macarıstanda iki turist gəmisi toqquşub


Macarıstanın paytaxtı Budapeştin Dunay çayında böyük gəminin turist ekskursiya gəmisi ilə toqquşması nəticəsində yeddi nəfər həlak olub, xilasedicilər və hərbi dalğıclar itkin düşmüş 21 nəfərin axtarışını davam etdirir.

Təcili yardım xidmətinin sözçüsü çərşənbə günü gecə qəzadan bir qədər sonra yeddi adamın xilas edildiyini söyləyib. Hadisə zamanı ekskursiya gəmisində 33 Cənubi Koreyalı turist olub.

Ekskursiya təşkilatçısının sözlərinə görə, toqquşma turist gəmisinin yola düşməyə hazırlaşdığı vaxt baş verib. Son məlumatda daha böyük kruiz gəmisinin bu gəmi ilə toqquşduğu bildirilib.

Cənubi Koreya prezidenti Mun Cae İn Macarıstanda keçirilən axtarış xilasetmə işləri üçün lazım olan bütün qüvvələri cəlb etmək tapşırığı verib.

Rəsmilərin sözlərinə görə, dalğıclar Budapeştdən Dunay çayının axını boyu kilometrlərlə məsafəni yoxlayır. Güclü yağışlar nəticəsində çayın səviyyəsi və sürəti artıb.

Hadisə ilə bağlı istintaq aparılır.

XS
SM
MD
LG