Accessibility links

Dunayda batmış gəmidə itkin düşən turistlərin axtarışı davam edir


Dalğıclar ötən həftə böyük kruiz gəmisi ilə toqquşan turist gəmisində olan Cənubi Koreya turistlərinin axtarışlarını davam etdirmək üçün bazar ertəsi Budapeştdə Dunay çayında axtarış əməliyyatlarını bərpa edib.

Ötən həftənin çərşənbə günü güclü yağışlar zamanı Vikinq kruiz gəmisi ilə Mermaid gəmisinin toqquşması və cəmi yeddi saniyə içərisində batması nəticəsində Cənubi Koreyadan olan 33 turistdən 7-si ölüb.

Mermaid gəmisində olan turistlərdən 7-si xilas ola bilib. Digər 19 turist və 2 macar ekipaj üzvü itkin olaraq qalır.

Dunay çayında bu mövsüm güclü cərəyanlar suyun altında görmə qabiliyyətini azalmasına səbəb olur, bu isə axtarış işlərini çətinləşdirir. Üstəlik çay sularının sahilləri basması dalğıcların batmış qayığa çatmasına maneə törədir.

Polis “Viking” kruiz gəmisinin ukraynalı kapitanını "çoxlu sayda insan ölümünə səbəb olan təhlükəli su nəqliyyatı hərəkəti yaratmaq" ittihamı ilə həbs edib.

XS
SM
MD
LG