Tacikistan təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, paytaxt Düşənbədə gecə klubunda bu gün səhər saatlarında baş verən bomba partlayışı nəticəsində 4 nəfər xəsarət alıb. Təhlükəsizlik rəsmilərinin hücumun terror aktı olduğunu hsab edib-etməməsi haqda ziddiyyətli məlumatlar verilir. Bu partlayış keçən həftənin cümə günü Tacikistanın ikinci ən böyük şəhəri olan Xocanddə polis məntəqəsində baş vermiş bomba hücumunun ardınca həyata keçirilib. Hücum nəticəsində 2 polis zabiti həlak olub, 25 nəfər isə yaralanıb.
Bu partlayış keçən həftənin cümə günü Tacikistanın ikinci ən böyük şəhəri olan Xocanddə polis məntəqəsində baş vermiş bomba hücumunun ardınca həyata keçirilib