Accessibility links

Dünya boyu beynəlxalq əmək günü qeyd olunub


Dünya boyu beynəlxalq əmək günü qeyd olunub
Dünya boyu beynəlxalq əmək günü qeyd olunub

Beynəlxalq Əmək Günündə dünya boyu əməkçilər küçələrə çıxaraq iş durumlarının yaxşılaşdırılmasına və əmək hüquqlarına hörmət olunmasına çağırıblar.

Türkiyədə on minlərlə adam İstanbul küçələrinə çıxaraq Bir May Gününü qeyd ediblər. Taksim meydanında düzənlənən nümayişi həmkarlar ittifaqları təşkil ediblər. 1977-ci ildə Əmək Günündə baş verən iğtişaşlar nəticəsində burada 33 adam öldürülmüşdü.

Rusiyada minlərlə adam küçələrə çıxaraq hökuməti dəstəkləyiblər. Daha kiçik qruplarda Kreml əleyhdarları nümayiş keçiriblər.

Yunanıstanda nümayişçilər kəskin xərcləmə ixtisarlarına etiraz ediblər.

Almaniya, Portuqaliya, Cənubi Koreya və Filippində də əməkçilər nümayişlərə çıxıblar.

XS
SM
MD
LG