Accessibility links

Dünyada son sutkada 157,7 milyon COVID-19-a yoluxma faktı qeydə alınıb


Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, dünyada 157,7 milyon COVID-19-a yoluxma faktı qeydə alınıb, 3,3 milyon adam vəfat edib.

Hindistan mayın 9-dan əvvəlki 24 saat ərzində 403000-dən çox yeni infeksiya və 4000-dən çox ölüm olduğunu bildirib.

Ekspertlər hesab edir ki, bu göstəricilər olduğundan azdır.

Hindistanın Baş naziri Narendra Modi siyasətçilərin və ictimai səhiyyə işçilərinin çağırışlarına baxmayaraq, koronavirusun yayılmasının dayandırılmasına yardım üçün ümummilli qapanma tətbiq etməyib.

Bəzi yerli hökumətlər öz yurisdiksiyaları üçün məhdudiyyətlər tətbiq edib.

Yeni Dehldə aprelin 20-dən mayın 17-dək davam edən qapanma müddəti uzadılıb.

Hindistan paytaxtında mayın 10-dan etibarən metro xidməti dayandırılacaq.

Cənub Tamil Nadu və qonşu Karnataka ştatları mayın 7-də məhdudiyyətlər uzadıldıqdan sonra qismən qapanmalara keçəcək.

Ümumdünya Səhiyyə Təşkilatının baş elmi işçisi Soumya Svaminatan AFP-yə verdiyi müsahibəsində bu gün Hindistanda gördüyümüz epidemioloji xüsusiyyətlər bunun son dərəcə sürətlə yayılan bir variant olduğunu göstərdiyini deyib.

Svaminatan COVID-19-a səbəb olan koronavirusun B.1.617 variantının açıq şəkildə vətəni olan Hindistanda fəlakətə səbəb olduğunu bildirib.

62 yaşlı pediatr və klinik elmi işçi virusun son variantının daha sürətlə yayılan virus olduğunu vurğulayıb. Bununla yanaşı, o, böyük yığıncaqların və maska taxma müddətinin də rol oynadığını əlavə edib.

B.1.617 variantı ilk dəfə Hindistanda keçən oktyabr ayında aşkar edilmişdi.

XS
SM
MD
LG