Accessibility links

3 May - Ümumdünya Mətbuat Azadlığı Günüdür


Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür. 1993-cü ildə BMT tərəfindən təsis edilən bu gün mətbuat azadlığının fundamental prinsiplərini dəstəkləmək məqsədi daşıyır.

BMT bildirir ki, Ümumdünya Mətbuar Azadlığı Günü həmçinin insanları azad mətbuata qarşı basqılar barədə məlumatlandırmaq məqsədi daşıyır. Bu gün insanlara xatırladır ki, onlarla ölkədə mətbuata senzura və cərimələr tətbiq olunur, onların fəaliyyəti dondurulur və ya dayandırılır, redaktorlar və yazıçılar alçaldılır, hücumlara məruz qalır, həbs edilir və hətta öldürülür.

Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində ABŞ prezidenti Barak Obama Ağ Evdə 3 mühacir jurnalistlə görüşüb. O, deyib ki, bu jurnalistlərin hər üçü öz ölkələrində qəddar münasibətlə üzləşib və indi siyasi sığınacaq alaraq peşə fəaliyyətlərini ABŞ-da davam etdirirlər.

Mühacir jurnalistlərdən

ikisi hazırda Amerikanın Səsində çalışır. Əslən Efiopiyadan olan Lili Menqeşa qızların uşaq yaşlarından ərə verildiyini tənqid etdiyinə görə ölkəsində həbs edilmişdi. O, hazırda Amerikanın Səsində tərcüməçi kimi fəaliyyət göstərir.

Amerikanın Səsinin Amerika İcmalı proqramının da qonağı olmuş Fatima Tlisova isə Rusiyanın Şimali Qafqaz regionundandır. O, hazırda Amerikanın Səsinin Rus Dili xidmətində çalışır.

Cənab Obama deyib ki, xanım Tlisova Şimali Qafqazda hərbi əməliyyatlar, insanların yoxa çıxması və korrupsiya barədə xəbərlər verirdi. Hücuma məruz qalan jurnalist daha sonra oğurlanaraq işgəncələrlə üzləşmişdi.

"Bu gün o, Amerikanın Səsində fəaliyyətini davam etdirir və üzərində çalışdığı ən son hadisə Boston terrorunu həyata keçirən şəxsin məhkəmə prosesi olub", ABŞ prezidenti Barak Obama bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG