Accessibility links

Dunya Miyatoviç: “Mehman Hüseynova qarşı irəli sürülmüş ittihamlar götürülməlidir”


Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç yanvarın 7-də Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə telefon söhbətində Mehman Hüseynovun - həbsxanada ona qarşı yeni ittihamlar irəli sürüldüyünə etiraz olaraq aclıq edən blogerin - işi ilə bağlı danışıb.

Ümid edirəm ki, Azərbaycan hakimiyyəti insan hüquqları sahəsində öz öhdəliklərinə əməl edəcək.
Dunya Miyatoviç

"Mən nazir müavininə dedim ki, hakimiyyət dekabrın 26-da Mehman Hüseynova qarşı irəli sürülmüş ittihamları onun üzərindən götürməlidir. Qeyd etdim ki, hakimiyyət Mehman Hüseynova lazımi tibbi yardım göstərməlidir, onun vəziyyəti olduqca narahatlıq doğurur. Bu səbəbdən onun mülki xəstəxanaya köçürülməsi lazımdır ki, zəruri tibbi yardım ala bilsin. Ümid edirəm ki, Azərbaycan hakimiyyəti insan hüquqları sahəsində öz öhdəliklərinə əməl edəcək. Mən Mehman Hüseynovun işində irəliləyişin olmasını, hakimiyyət və vətəndaş cəmiyyəti ilə konstruktiv dialoqun davam etdirilməsi üçün yaxın aylarda Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm," komissarın Avropa Şurasının saytında yayılan bəyanatında deyilir.

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG