Accessibility links

Dunya Miyatoviç Azərbaycan hakimiyyətini Günay İsmayılovanın təhlükəsizliyini təmin etməyə çağırıb


Dunja Mijatović
Dunja Mijatović

O bir daha Azərbaycanda media azadlığı sahəsində vəziyyətin sürətlə pisləşməsi, xüsusilə Azadlıq Radiosu və RATİ-nin Bakı ofislərində keçirilən reydlərdən narahatlığını bildirib

ATƏT- in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycan hakimiyyətini RATİ-nin İnstitutunun media vəkili və sədr müavini Günay İsmayılovaya edilən hücumdan sonra onun təhlükəsizliyini təmin etməyə çağırıb.

Bu barədə ATƏT in Media Azadlığı üzrə nümayəndəsinin bugünki bəyanatında deyilir.

Bəyanatda göstərilib ki, yanvarın 26-da Bakıda Günay İsmayılovaya evinin qarşısında hücum olunub. Qonşuları hadisə yerinə gələn zaman ona hücum edən şəxs oradan ayrılıb. Hər hansı ciddi xəsarət almayan Günay İsmayılova hücumla bağlı polisə müraciət edib.

"Hakimiyyət bu hücumla bağlı cəld və hərtərəfli araşdırma aparmalı və İsmayılovanın təhlükəsizliyini təmin etməlidir"-deyə Dunya Miyatoviç bildirib.

O bir daha Azərbaycanda media azadlığı sahəsində vəziyyətin sürətlə pisləşməsi, xüsusilə AzadlıqRadiosu və RATİ-nin Bakı ofislərində keçirilən reydlərdən narahatlıq bildirib.

Dunya Miyatoviç jurnalist Xədicə İsmayıl və hüquq müdafiəçisi Rəsul Cəfərov da daxil olmaqla, Azərbaycanda həbsdə olan bütün jurnalist və ictimai fəalları azad etməyə çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG