Braziliya COVID-19-dan ölüm hallarına görə Britaniyanı ötüb. Bu ölkədə indiyədək 42 720 nəfər həyatını itirib. Britaniyada isə bu göstərici 41 747 nəfər təşkil edir.
Amerika isə 115 436 ölüm halları ilə birinciliyini saxlamaqdadır.
Con Hopkins Universitetinin məlumatına görə, koronavirusa yoluxma halları dünyada 8 milyona yaxınlaşır.
Amerikada yoluxma halı Braziliya ilə müqayisədə 2 milyondan çoxdur. Braziliyada 850 000, Rusiyada isə 519 000-dən çoxdur.
Çində bazar günü 57 yeni yoluxma halı qeydə alınıb. Pekində 36, Çin boyunca isə 45 yoluxma halı müşahidə edilib.
Pekin 10 min nəfər üzərində test keçirilməsini planlaşdırıb. Şəhər şurasının sözçüsü bildirib ki, idman tədbirləri və məktəblərin bazar ertəsi açılışı təxirə salınıb.
Yeni Zelandiyada 20 mindən artıq adamın maskasız və sosial distansiyanın qorunmaması ilə idman tədbirində iştirakına icazə verilib. Bu ölkədə son 3 həftə ərzində virusa yeni yoluxma halları qeydə alınmayıb.
Ötən sutka ərzində Rusiyada koronavirusa yoluxanların sayı 9 minə yaxın olub. Operativ qərargahın məlumatına görə, 119 nəfər vəfat edib.
Məlumata görə, bazar gününün statistikası demək olar ki, şənbə günündən fərqlənməyib.
İki gün davamlı olaraq virusa yoluxanların sayı artmaqda davam edib. Epidemiyanın qeydə alındığı ilk gündən indiyə qədər 6948 nəfər həyatını itirib. 530 min nəfər yoluxma ilə Rusiya dünyada üçüncü yerdədir.
Artıq bir aya yaxındır ki, bu ölkədə gündəlik virusa yoluxma statistikası 8-9 min arasındadır. Baş nazirini müavini Tatyana Qolikovanın açıqlamasına görə, Rusiyada virusa yoluxmanın pik həddi mayın 11-də qeydə alınıb.
Moskva şəhərində özünü təcrid vəziyyəti isə iyulun 9-da ləğv edilib. Məhdudiyyətlərin daha böyük hissəsinin iyunun 23-də aradan qaldırılacağı bildirilir. Putin İyunun 24-də qələbənin 75 illiyi ilə bağlı Moskvada parad keçirləcəyi ilə bağlı səncam verib. İyunun 25-dən iyulun 1-dək isə ölkə konstitusiyasına düzəlişlərlə bağlı ümumrusiya səsverməsi keçiriləcək.