Accessibility links

Dunya Miyatoviç: Ümidvaram ki, həbsdə olan bütün jurnalistlər azadlığa çıxacaq


Dunya Miyatoviç Bakıda mətbuat konfransında
Dunya Miyatoviç Bakıda mətbuat konfransında

ATƏT-in media azadlığı üzrə nümayəndəsi əfvi alğışlayır. Hələ də 8 jurnalist həbsdədir

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç dekabrın 26-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını alqışlayıb. Bu sərəncamla həbsdə olan iki jurnalist və bir bloger azadlığa buraxılıb.

“Bu, gözlənilən addım idi və jurnalistlər üçün ümumi atmosferi yaxşılaşdıracaq. Onlar azad və təhlükəsiz fəaliyyət üçün şəraitə malik olmalı, həbsə düşmək qorxusu ilə üzləşməməlidirlər”, xanım Miyatoviç bildirib.

Əfv aktı çərçivəsində İran TV-nin Azərbaycandakı müxbiri Anar Bayramlı, “Xural” qəzetinin bölgə müxbiri Aydın Canıyev və bloger Taleh Xasməmmədov azadlığa çıxıb.

“Ümidvaram ki, bu mühüm addım sonuncu olmayacaq və həbsdə olan bütün jurnalistlər azadlığa çıxacaqlar”, - D.Miyatoviç vurğulayıb.

Hazırda “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı, müstəqil reportyor Fərəməz Allahverdiyev, “Xəyal” telekanalının icraçı direktoru Vüqar Qonaqov və bu televiziyanın baş redaktoru Zaur Quliyev, həmçinin “Tolışi Sado” qəzetinin redaktoru Hilal Məmmədov, Araz Quliyev (Masallıda Xeber44.com dini online-nəşrin baş redaktoru), Nicat Əliyev (Azadxeber.org dini online-nəşrin baş redaktoru), Fuad Hüseynov (Ucar rayonundan jurnalist, polisə müqavimətdə ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib) həbsdədir.
XS
SM
MD
LG