Accessibility links

Dünyada milyonlarla insan Alzaymer xəstəliyindən əzab çəkir


Dünyada milyonlarla insan Alzaymer xəstəliyindən əzab çəkir
Dünyada milyonlarla insan Alzaymer xəstəliyindən əzab çəkir

Alzaymer Birləşmiş Ştatlarda ölümə səbəb olan 6 əsas xəstəlikdən biridir

Dünyada 35 milyondan çox insanda getdikcə yaddaşın zəifləməsi ilə nəticələnən Alzaymer xəstəliyi var. Alzaymer Birləşmiş Ştatlarda ölümə səbəb olan 6 əsas xəstəlikdən biridir.

Dominik Batti hər bir işdə həyat yoldaşından asılı olmaq istəmir. O, onu demək olar ki, əlil vəziyyətinə salan Alzaymer xəstəliyinə tutulub. “Bir tərəfdən qəbul edirəm ki, artıq yaddaşım korlanıb, ətrafımda adamlar buna görə çox əziyyət çəkirlər və bu məni narahat edir.”- deyə, o bildirir.

Alzaymer xəstəliyinin ilk simptomu yaddaşın getdikcə zəifləməsidir. Sonda isə xəstələr öz əzizlərini belə unudur, danışa, gəzə, hətta gülümsəyə bilmirlər. Bu gün bu xəstəliyin qarşısının alınması üçün ən yaxşı müalicə simptomun qarşısını almaqdır.

Eksperlərin dediklərinə görə, xəstəliyin simptomları yenicə başlayarkən ona nəzarət etmək və qarşısını almaq mümkündür. Onlar eləcə də, Alzaymer xəstəliyi yenicə başlayarkən müxtəlif vacib prosedurlardan və müalicədən keçilməli olduğunu deyirlər. Alzaymer xəstəliyinın ağırlaşmasından əvvəl sadəcə olaraq beyinin şəklinin çəkilməsi və ya qan analizi xəstəliyin simptomlarını göstərə bilər.

Corc Vaşinqton Tibb Mərkəzindən nevropotoloq Ted Rotşteyn deyir ki, qan testləri beyində tıxaca səbəb olan anormal zülalların toplantılarını aşkar edə bilər. Doktor Rotşteyn deyir ki, anormal zallalar beyində müəyyən mənada toplaşır və normal züllaların hərəkətinə mane olur. “Tau adlanan bu zülalın səviyyəsi qanda və onurğa mayesində müəyyən edilə bilər ki, bu, Alzaymer xəstələrində daha yüksək olur” – deyə, doctor Rotşteyn bildirir.

Getdikcə artan bu xəstəliyin müalicəsi yoxdur. Beynəlxalq Alzaymer Xəstəliyi Mərkəzinin bu yaxınlarda açıqladığı araşdırmasında deyirlir ki, xəstəliyinin qarşısının alınması üçün ildə 604 milyard dollar xərclənir. 2050-ci ilədək bu xərclərin daha da artacağı deyilir.

Alzaymer xəstəliyi olan insanların beş faizin bu xəstəliyi gendən alır, çoxları isə yaş səbəbindən və digər səbəblərdən tutulur. 65 yaşdan sonra Alzaymer xəstələyinə tutulma şansı hər beş ildə ikiqat artır, lakin 85 yaşlarında xəstəliyə tutulma şansı 50 faizə çatır.

Təhqiqatçılar dövlətləri Alzaymer xəstəliyinin qarşısının alınması üçün müalicə yolları axtarmağa çağırır və əks təqdirdə xəstəliyə xərclənən pulun məbləğinin böhran səviyyəsinə çatacağını deyirlər.

XS
SM
MD
LG