Accessibility links

Dünyanın ən təhlükəsiz yeri [Video]


Dünyanın ən təhlükəsiz yeri
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Dünyanın ən təhlükəsiz yeri

“Çöllüyün ortası.” Cənubi Dakotadakı bu ərazini təsvir etmək üçün ən uyğun sözdür. Ən yaxın yaşayış məntəqəsindən 30 dəqiqə uzaqlıqda yerləşən bu ərazidə mobil şəbəkələr işləmir. Burada sadəcə çirkli yollar və cəmi bir yol işarəsi var.

Bura yeraltının fərqli hekayəsidir.

"Hazırda bütün çərçivələnmə işini bitirmişik. İndi isə panelləşdirməni başlamışıq. Hər biri beton radiusuna uyğun kəsiləcək." - Skat Rabertson

Skat Rabertson bu bunkerlərin məxsus olduğu Vivos şirkəti üçün işləyir. Robert Vikino isə şirkətin baş icraçı direktorudur.

"4600 hektar boyunca uzanan ərazinin cənub hissəsində 575, şimal hissəsində isə 275 hərbi bunker var." - deyə, Vikino bildirib.

İkinci dünya müharibəsi zamanı tikilən bunkerlər 1967-ci ildə bağlanana qədər bomba və digər döyüş sursatları üçün anbar kimi istifadə edilirdi. Buna görə də bunkerlər çox dözümlü tikilib və radiasiya keçirmir. Ən gözəl xəbər isə odur ki, əgər 25 min dollar ödəsəniz böyük ailənin rahatlıqla yerləşə biləcəyi bunker əldə edə bilərsiniz.

Müasir bunkerlərin dörd yataq otağı, bir mətbəxi, kiçik film zalı və hətta balaca baxçası da var.

Vikino keçmiş ABŞ hərbi bazasının təhlükəsiz olduğuna tam əmindir. Okeandan təmamilə uzaq olduğu üçün sunami də baş verə bilməz. Üstəlik, Cənubi Dakota nüvə hədəfində olması uzaq ehtimaldır.

Təxminən 10 min nəfərə yaxın insanın bunkerlərdə gizlənə biləcəyini nəzərə alsaq bu ərazilərin şəhər olmaq potensialı da var. Buna görə də fəlakət baş verən zaman etməli olduğunuz yeganə şey, CənubiDakotaya gələrək, bu bunkerlərdən birini alıb, qapısını kilitləməkdir.

XS
SM
MD
LG