Accessibility links

Florida məktəbinin şagirdləri silahlı hücumdan sonra ilk dəfə sinif otaqlarına qayıdıb


Bu gün Florida ştatının Marjory Stoneman Douglas məktəbinin şagirdləri silahlı hücumdan sonra ilk dəfə sinif otaqlarına qayıdıb.

Federal və ştat rəsmiləri isə ölkə məktəblərinin silahlı hücumlardan qorunmasına dair debatlarını davam etdirir.

Florida ştatının rəsmiləri 19 yaşlı gənci kütləvi qətldə ittiham edib. Məktəbdə atışma zamanı 17 nəfər dünyasını dəyişib, 16-dan çox şagird yaralanıb.

Məktəbin nizam-intizamla bağlı xaric olmuş keçmiş şagirdi Nikolas Kruz 17 nəfəri qətlə yetirmək və 16 nəfərə xəsarət yetirməkdə ittiham edilib.

O, müqavimət göstərmədən məktəbin həyətində həbs edilib.

ABŞ prezidenti zehni xəstəliklərlə mübarizə kimi çətin problemlərin həlli və məktəblərin təhlükəsizliyinin prioritet ediləcəyinə and içib.

Pol Rayan
Pol Rayan

Nümayəndələr Palatasının spikeri Pol Rayan silah almaq istəyənlərin keçmişinin araşdırılması ilə bağlı dərin fikir ayrılıqlarının mövcud olduğunu bildirib.

O, əqli xəstələrlə bağlı islahatlar aparılmasınını vacibliyini vurğulayıb.

Lakin nə Rayan, nə də ki, digər respublikaçılar silahların yasaqlanmasına cağırıb.

Milli Silah Assosiasiyası və silah hüquqlarının müdafiəçiləri amerikalıların müəyyən silahlar əldə etməsini yasaqlayan çağırışları rədd edir.

XS
SM
MD
LG