Duqlas qasırğası güclü yağışlarla ABŞ-ın Havay ştatının Oahu, Kauai və Niihau adalarını təsirinə məruz qoyub. Meksika və Texas ştatlarının bəzi bölgələri daha əvvəlki Hanna qasırğasının yaratdığı daşqınların təsiri altındadır.
Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, Qahu adası da daxil edilməklə, paytaxt Honoluluda gecə saatlarında 7-dən 15 sm-dək yağıntı gözlənilir. Bu isə daşqınlar və torpaq sürüşmələri təhlükəsi yaradacaq.
Duqlasın gətirdiyi küləklərin sürəti saatda 140 kilometrdir.
Sinoptiklər Meksikanın Koahuila, Nuevo Leon və Tamaulipas ştatlarınsa 15-lə 30 sm arasında yağıntı gözlənildiyini bildirərək, bu ştatların böyük risk altında olduğunu deyib.
Hanna Texasın körfəz sahillərinə şənbə günü istiqamət aldıqda 1-ci kateqoriyada olub. Güclü yağış və külək koronavirusdan onsuz da zəifləyən ştata ağır zərbə vurub.
Rəsmilərin bildirdiyinə görə, təbii fəlakətin təsirinə məruz qalanalara yardım məqsədi ilə COVİD-19 xəstələri digər ərazilərə köçürülüb.
Hanna Texasın cənub bölgəsini işıqsız qoyub. Küçələr su altında qalıb, qayıqlar məhv olub. Lakin ölən və ciddi xəsarətlər barədə məlumat verilməyib.
Qasırğa mövsümü ənənəvi olaraq iyunun birindən noyabrın sonunadək davam edir.
Qasırğaların mərkəzi okean üzərində olarkən ən güclü effektə malik olur və sahilyanı əraziləri viran qoyur.
Torpaq üzərinə keçdikcə, qasırğa küləkləri və leysan yağışları tədricən zəifləyir.