Accessibility links

Rodriqo Duterte narkotik qaçaqçılarını öldürdüyünü etiraf edib


Fillippin prezidenti Rodriqo Duterte ölkənin cənubunda yerləşən Davao şəhərinin iyirmi il müddətində meri olduğu zaman şübhəli bilinən narkotik qaçaqçılarını şəxsən özünün öldürdüyünü deyib.

Duterte bunu bazar ertəsi bir qrup biznesmen önündə etdiyi çıxışı zamanı etiraf edib.

Fillippin prezidentinin şok etirafı onun iyun ayında vəzifəyə gələndən bəri şübhəli bilinən narkotik maddə alverçilərinə qarşı təqiblərini müdafiə etdiyi bir zamana təsadüf edir. Bu zaman ərzində polis və ya ədalətin təmin olunmasını istəyən, amma hüquqi səlahiyyəti olmayan qruplar tərəfindən təxminən 6 min insan öldürülüb. Bu, insan haqları qrupları, BMT və ABŞ prezidenti Barak Obamanın tənqidinə səbəb olub.

Duterte bu tənqidlərə əhəmiyyət verməyib, təqibləri davam etdirəcəyini vəd edib və hətta rəqiblərini onu vəzifəsindən kənarlaşdırmağa cəhd göstərməyə çağırıb.

O deyib ki, “bəzi insan haqları müdafiəçilərinə” görə bunu dayandırmayacaq və “əgər insanların bundan xoşu gəlmirsə, onlar onu vəzifədən uzaqlaşdırıb və hətta qətlə yetirə bilər.”

Prezident olmadan öncə Duterte iyirmi il Davao şəhərinin meri vəzifəsində çalışıb. İnsan haqları qrupları onu şəhərdəki qeyri-qanuni qətllərin arxasında olmaqda günahlandırır.

XS
SM
MD
LG