Accessibility links

Filippin ABŞ-la münasibətləri kəsərək Çinlə yaxınlaşmaq istəyir


Siyasi kursunu ölkəsinin tarixi müdafiəçisi olan Birləşmiş Ştatlardan Çinlə əməkdaşlığa dəyişmək istəyən Filippin prezidenti Rodriqo Duterte siyasi sınaqla üzləşir. Belə ki, o, qanunvericilər, kabinet üzvləri və ictimayyətin mübahisəli təklifi qəbul edəcəyini gözləyir.

Ötən həftə Pekinə işgüzar səfərində Duterte ABŞ-la əlaqələrini donduracağını və iqtisadiyyatın möhkəmlənməsi üçün yeganə ümid yeri adlandırdığı Çinlə münasibətlərini gücləndirəcəyini elan edib.

Duterte bunun ardınca ABŞ əleyhinə çıxışlar edib və Çini dəstəklədiyini bildirib.

Dörd günlük Pekin səfəri Çinin Filippinlə 13.5 milyard dollarlıq iqtisadi müqavilələr bağlaması və təbii ehtiyatlarla zəngin Cənubi Çin Dənizinin statusuna dair müzakirəyə başlamaqla bağlı razılıqla nəticələnib.

Dörd günlük Pekin səfəri Çinin Filippinlə 13.5 milyard dollarlıq iqtisadi müqavilələr bağlaması və təbii ehtiyatlarla zəngin Cənubi Çin Dənizinin statusuna dair müzakirəyə başlamaqla bağlı razılıqla nəticələnib.

Qərar qəbul etməzdən əvvəl Kabinet üzvləri Çinlə ABŞ münasibətlərinə dair detalları dinləməyi gözləyir.

Kabinet üzvləri deyib ki, nazirliklərin rəhbərlərnin Vaşinqtonla əlaqələri kəsərək Pekinlə davam etməyin yolları barədə aydın izahat istəyir.

Lakin əhalinin əsasən Amerika tərəfdarı olmasına görə yerli inamsızlıq prezidentin təşəbbüsünü yubandıra bilər.

Sahil sərhədlərinin müdafiəsi üçün 1950-ci ildən bəri ABŞ-ın dəstəyindən yararlanan Filippin hərbçilərinin Çinə üz tutmalarına inandırmaq çətin ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG