Accessibility links

"Duz qasırğaları" Təbrizə çatıb


Azərbaycan şəhərlərinin İran Parlamentindəki millət vəkilləri sürətlə qurumaqda olan Urmiyə gölü ilə bağlı İran dövlətinin indiyədək heç bir əməli addım atmadığını vurğulayarkən, İranın xəbər agentlikləri Urmiyə gölünə yaxın şəhərlər, o cümlədən Təbriz və Binabda “duz qasırğaları”nın cərəyan etdiyini bildirir.

Bu barədə ISNA, Fars və İran İslami Şura Məclisinin mətbuat orqanı olan Millətin Evi xəbər agentlikləri məlumat yayıb.

“Hazırda Urmiyə gölünün 85 faizi quruyub, ancaq dövlət indiyədək bu böhranın həlli istiqamətində heç bir əməli bir addım atmayıb,” deyə Urmiyə millət vəkili Nadir Qazipurun dedikləri Millətin Evi xəbər agentliyində qeyd edib.

Qazipur həmçinin ötən aylarda İran telviziyasında qatıldığı bir proqramda Urmiyə gölünün quruduğu təqdirdə 3 milion Azərbaycan əhalisinin köç etmək məcburiyyətində qalacağını irəli sürmüşdü.

İran universitetlərinin profesoru və İran dövlətinin ətraf mühit mühafizəsi təşkilatının başqan muavini İsmail Kəhromun sözlərinə görə, “Urmiyə gölü qurusa, altı ilə səkkiz şəhərin duz qatları altında qalraq bütünlüklə yox ediləcəyi təxmin edilir.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG