Accessibility links

E-Sight eynəyi - Görmə qabiliyyəti olmayanlar üçün yeni ixtira [Video]


Hesablamalara görə, dünyada 39 milyon kor insan var. Digər 200 milyon insanın isə görmə qabiliyyəti zəifdir. Lakin yeni texnologoya bəzi insanların gözlərinin açılmasına kömək edib.

Görmə qabiliyyəti demək olar yox dərəcəsində olan insanın yenidən görməsi möcüzə kimidir. “Allahım, bu əla idi. Mən bacımın üzünü əvvəllər olduğu kimi aydın görə bilirdim. Nəhayət mən öz həkimimin üzünü aydın görə bilirdim” deyə, Culissa Markus bildirir.

Bu, E-Sight (E-say) eynəyidir. Bu yeni texnologiya görmə qabiliyyəti olmayan insanların gözlərinə böyük həcmdə vizual informasiya ötürür. E-Sight şirkətindən Cefri Finton: “Bu cihaz gözləri demək olar ki, çox sayda informasiya ilə bombardman edir və gözlər bu informasiyanı beyinə ötürür. Bu isə görməyə qadir ola biləcəyiniz təsvirləri görməyinizə imkan yaradır. Bu, görmə qabiliyyətini itirənlər üçün həqiqətən də böyük bir dəyişiklikdir. ”

Lakin buna alışmaq lazımdır.

Culissa Markus: “Mən buna yavaş-yavaş başladım, çünki birdən etmək mənim gözlərim üçün ağır olardı. Mən buna alışmalı idim. Sonra mən televiziyaya baxmağa, pəncərədən baxmağa başladım. Sonra küşəyə çıxıb, bir yerdə oturub ətrafa baxmağa, gözümdəki kameranın fokusunu tənzimləməyə çalışırdım. Daha sonra isə yavaş-yavaş gəzməyi öyrəndim.”

Culissa Markusun həkimi onun E-Sight eynəyi olmadan da görə bildiyini, lakin bir o qədər də aydın görmədiyini deyir.

Doktor Ronald Centayl: “Aldığı travma onda görmə qabiliyyətini 3 faizə endirmişdi. Lakin bizim etdiyimiz əməliyyat və yeni texnologiyanın onun görmə qabiliyyətini artırması bizi heyran etdi. Beləliklə, yeni texnologiyadan istifadə edilməklə keçirilən cərrahiyyə əməliyyatı və elektron eynək müsbət nəticələr verdi. O, getdikcə daha yaxşı görəcək.”

Bu eynəklər ucuz deyil, hərəsi 10 min dollardır. Lakin artıq oğlunu görə bilən Culissa Markuz üçün bunun əhəmiyyəti yoxdur.

“Onun üzundə tük çoxalıb, o, dəlləyə getməlidir. O dəyişir, məndən də hündür olub. Mən oğlumu görə bilirəm, Mən onun buraxılış mərasiminə gedəcəyəm. Mən öz nəvələrimi də görəcəyəm. Bu, mənim üçün çox əhəmiyyətlidir, çünki mən oğlumu çox istəyirəm. O mənim dünyamdır” deyə, Culissa bildirir.

XS
SM
MD
LG