Accessibility links

"Yer kürəsinin əks-sədası" filmi [Video]


“Yer kürəsinin əks-sədası” filmi
please wait

No media source currently available

0:00 0:02:43 0:00

1980-ci illərlə müqayisədə Hollivudun müasir - hətta yeniyetmələr üçün çəkdiyi filmlər daha zorakı və qəddardır. Yeni “Yer kürəsinin əks-sədası“ filmi Stiv Spilberqin klassik filmlərinə bənzədilib, lakin müasir formada.

“Yer kürəsinin əks-sədası” filmində tamaşaçılar həm macəra, həm də intriqalarla qarşılaşacaq. Lakin onlar zorakılıq görməyəcəklər.

Ella Vahlestid bu filmdə Emma rolunu ifa edir. “Siz bu filmdə döyüşlər görməyəcəksiniz - nə tanklar, nə də zirehli maşınlar.Burada zorakılıq yoxdur.”

“Yer kürəsinin əks-sədası mobil telefonlarında qəribə mesaj alan dostlardan bəhs edir. Bu mesajı alan dostların həyatı dəyişir. Onlar belə bir mesajın kim tərəfindən və nə üçün göndərildiyini öyrənməyə çalışırlar.

Rejissor Deyv Qrin bu filmi özünün boya-başa çatdığı vaxt baxdığı filmlərə bənzətmək istəyib. “Mən bu filmi özüm üçün, balaca vaxtlarım üçün çəkirdim. Mən ümidvaram ki, 31 yaşlı adamın çəkdiyi bu film, 12-13 yaşlı uşaqlar və onların ailələri üçün də maraqlı olacaq,”

Filmdə çəkilən aktyorlarla birlikdə keçirilən müsahibə zamanı Ella Vahlested hazırkı filmlər arasında bütün yaşlar üçün maraqlı olan filmlərin az olduğunu deyir. “Mənim fikrimcə bu, yoxa çıxmış bir janrdır. Siz 80-ci illərin çox filmlərinə baxmısınız. Bu filmlərə baxanlar dərhal ET ilə müqayisə edəcəklər. Orada da yadplanetli var, amma buraya müasir texnlogiya əlavə edildiyindən fərqlidir.

Aktyor Brayan Astro Bredlinin Trak rolunu ifa etdiyi “Yer kürəsinin əks-sədası” filmi özündə sosial medianı da birləşdirir. “Bu, indinin filmidir. Sizin ailə cizgi filmləriniz kimi olmasa da, ona yaxındır. Bu hər kəsin filmidir. Burada instaqram da, vayn da, yeni texnologiya da var.” - deyə, aktyor bildirir.

Deyv Qrin ailə filmləri janrının yoxa çıxmasının səbəblərindən danşır. “İndiki filmlərin tonu daha tünd olur.”

Valideyn Feynsilver deyir ki, bütün ailələrin həzz ala biləcəyi mülayim tonlu ailə filmləri üçün böyük bazar var. Adam Feynsilver kimi valideyinlər deyirlər ki, onlara zorakılıqlarla dolu fim lazım deyil, əsas gözəl süjetin və mənanın olmasıdır.

XS
SM
MD
LG