Accessibility links

Çində 6 bal gücündə zəlzələ baş verib


Çinin cənub-qərbində dağlıq regionda episenteri yer səthinə yaxın yerdə güclü zəlzələ baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, 300 nəfər isə xəsarət alıb.

Çinin dövlət televiziyası Yunnan vilayətinin Jinqqu rayonunda təxminən 50 min insanın evlərindən didərgin düşdüyünü bildirib.

Regiona hərbi qüvvələrin yüzlərlə əsgəri və xilasetmə dəstələri göndərilib. Baş nazir Li Keqianq insanların həyatını xilas etmək üçün bütün imkanlardan maksimum dərəcədə istifadə etməyə çağırıb.

ABŞ-ın Geloji Araşdırmalar idarəsi zəlzələnin 6 bal gücündə olduğunu və yerin 10 kilometrlik dərinliyində baş verdiyini bildirib. Çin rəsmiləri zəlzələnin 6.6 bal gücündə olduğunu bildirib.

Rəsmi Sinxua xəbər agentliyi bildirib ki, evlər bir neçə saniyə silkələnib və bir qədər sonra zəlzələnin daha çox hiss edildiyi ərazilərdə binalar uçub.

XS
SM
MD
LG