Accessibility links

Ebola virusu Nigeriyada da aşkar edilib


Ebola virusunun Nigeriyada da yayıldığına dair yeni əlamətlər müşahidə edilib. Bu ölkədə ikinci xəstə kimi ötən ay ağır vəziyyətdə olan xəstəyə baxan tibb bacısıdır. Virusla ilk qeydə alınan xəstə Liberiya əsilli amerikalı həkim Patrik Soyerdir.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi Ciddədə ebola virusundan bir nəfərin dünyasını dəyişdiyini bildirib. O, Sierra Leonedən biznes səfərində olan şəxsdir. Bu ölkə Liberiya və Qvineya ilə yanaşı epidemiyanın yayıldığı ölkədir.

Səudiyyənin səhiyyə rəsmiləri xəstənin eboladan vəfat etdiyini sübüt etmək üçün toxuma nümunələrinin laboratoriyaya göndərildiyini bildirir.

Ümumdünya Səhiyyə Təşkilatı Mərkəzi Afrika ölkələrində virusa yoluxmuş 1700 nəfər arasında ölənlərin sayının 932 nəfər təşkil etdiyini deyir.

Təşkilat bu gün təcili yığıncaq keçirərək, 20-ci əsrin sonlarında aşkar edilən virusla mübarizə yollarını müəyyən etməyə çalışır.

Müalicəsi və vaksinləri olmayan ebolanın simptomları qızdırma, izhal, qusma və qarın ağrısı, habelə qulaq, göz və ağız qanaxmalarıdır.

XS
SM
MD
LG