Accessibility links

Obama: Ebola virusuna qarşı mübarizədə nailiyyət qeydə alınıb


Barak Obama deyib ki, Qərbi Afrikada Ebola virusuna qarşı mübarizədə böyük nailiyyət qeydə alınıb. Lakin o, xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyət virus tam məhv edilməyənədək sayıq olmalıdır.

ABŞ prezidenti ötən il yayılmış virusdan ən çox zərər çəkmiş Qvineya, Liberiya və Syerra Leonenin liderləri ilə görüşərək xəstəliklə mübarizədə irəliləyişlər və səyləri müzakirə edib.

Obama deyib ki, Qlobal Səhiyyə Təhlükəsizlik Agentliyinin köməyi ilə Afrika liderləri gələcəkdə bənzər təhlükələrin qarşısını almaq üçün səhiyyə sistemini möhkəmləndiriləcəyinə ümid edir.

Minlərlə insanın ölümünə səbəb olmaqla yanaşı Ebola Qvineya, Liberiya və Sierra Leonenin iqtisadiyyatına da zərər yetirib. Adı sadalanan ölkələrin liderləri Vaşınqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəsmiləri ilə görüşlər keçirəcək.

XS
SM
MD
LG