Accessibility links

Kennedi beynəlxalq hava limanı Ebola ilə mübarizə səylərinə qoşulub


Nyu-Yorkun Kennedi beynəlxalq hava limanı Amerikada ilk dəfə olaraq Ebola infeksiyası ilə mübarizə səylərinə qoşulub.

Bu gündən etibarən hava limanında Qvineya, Liberiya və Syerra Leone kimi Qərbi Afrika ölkələrindən səfər edənlər xüsusi yoxlanışdan keçiriləcək.

Sərnişinlərin qızdırması öllçüləcək və onlar virusun simptomlara dair sualları cavablandıracaq.

Gələn həftədən başlayaraq, Nyuvark, Vaşinqton Mahalı, Çikaqo və Atlanta hava limanlarında yoxlanışlara start veriləcək.

Bu aeroportlara gələn sərnişinlərin 90 faizi Afrika ölkələrinin payına düşür.

Ümumdünya Səhiyyə Təşkilatı 4 mindən artıq adamın Ebola virusundan vəfat etdiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG