Accessibility links

Nyu-York-da Ebola virusu simptomları olan xəstə üzərində yoxlama aparılır


Nyu-York şəhər xəstəxanası rəsmilərinin bildirdiyinə görə, Qərbi Afrikada təxminən 900 nəfər insanın ölümünə səbəb olan Ebola virusuna bənzər simptomları olan şəxs üzərində yoxlama aparılır. Qərbi Afrikadan səfərdən qayıdan şəxsin bazar ertəsi səhər Manhettandakı Mount Sinay Tibb Mərkəzinə gəlib.

Dünün axşam müxbirlərlə görüşən Sinay mərkəzinin direktoru Devid Riç digər xəstələr, xəstəxana heyəti və ziyarətçilərdən uzaq tutmaq məqsədilə xəstənin dərhal təcrid edildiyini bildirib.

Mount Sinay rəsmiləri xəstədən götürülən test nümunələrinin Xəstəliklərə Nəzarət Mərkəzinə göndəriləcəyini və nəticələrin iki gün sonra aşkar ediləcəyini deyib.

XS
SM
MD
LG