Accessibility links

Dallas xəstəxanasında müalicə olunan ebola xəstəsi dünyasını dəyişib


Texas ştatında Dallas xəstəxanasında müalicə edilən ebola xəstəsi Tomas Dunkan dünyasını dəyişib.

Birləşmiş Ştatlarda ebola diaqnozu qoyulmuş ilk xəstə olan Tomas Dunkanın vəziyyəti ağır idi. Texas Presbiterian xəstəxanasının verdiyi açıqlamada onun səhər saat 7:15-də öldüyü deyilir.

Bu arada, mediada Birləşmiş Ştatların hava limanları və ölkəyə başqa giriş yerlərində səfər edənləri ebola xəstələyinin əlamətlərinə dair yoxlamadan keçirəcəyi haqda məlumatlar verilib.

Assoşieyted Press agentliyinin bildirdiyinə görə, ABŞ-ın Daxili təhlükəsizlik naziri Alxandro Mayorkas çərşənbə günü deyib ki, Birləşmiş Ştatlar əsas giriş məntəqlərində ebola simptomlarının yoxlanması və ebola virusu haqda məlumatların təqdim edilməsi məqsədilə ABŞ-ın xüsusi agentlərini yerləşdirəcək. Nazir bu tədbirlərin nə zaman qüvvəyə minəcəyi haqda bir söz deməyib.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG