Accessibility links

Barak Obama ABŞ-da Ebolaya yoluxma hallarının artacağı barədə xəbərdarlıq edib


ABŞ prezidenti deyib ki, Qərbi Afrikada Ebola virusunun yayılmasının qarşısı alınmayınca Birləşmiş Ştatlarda bu virusa yoluxma halları müşahidə ediləcək. Ağ Evdə Qərbi Afrikadan qayıdan və getməyə hazırlaşan ABŞ tibb işçiləri ilə görüşən Barak Obama onları qəhraman adlandırıb.

ABŞ dövlət başçısı Ebola virusunun qarşısının alınacağına inandığını bildirib.

Bir neçə ştat Qərbi Afrikadan ABŞ-a dönən tibb işçilərinə məcburi karantin tətbiq etmək əmri verib.

Tibb bacısı Kaçi Hikoks Meyndəki evinə dönməzdən əvvəl məcburi şəkildə Nyu-Cersidə karantində saxlanılıb. Kaçi onu karantində saxlayanları məhkəməyə verəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG