İsrailin hərbi məhkəməsi terrorçu qrupa pul aparmaqda ittiham edilən türkiyəli qadını təqsirli bilib.
İsrail agentləri bildirirlər ki, Ebru Ozkan terror təşkilatları ilə əlaqələrə malik olduğu üçün milli təhlükəsizliyə hədə olmaqda şübhəli bilinirdi.
Onlar terror qrupunu adını qeyd etməsələr də, İsrail qəzetləri həmin təşkilatın Hamas olduğunu yazıblar.
Ozkanın vəkili Reuters xəbər agentliyinə deyib ki, müştərisi saxlanıldığı müddətdə vəkillə təmin edilməyib və polis onu türk dilində dindirmədiyindən, suallara verilən cavablarda çaşqınlar yaranıb.
Agentkər Ozkanı 11 iyun tarixində Tel Əviv hava limanında Türkiyəyə geri dönmək istəyərkən saxlayıblar.
Bu məhkəmə işi uzun müddət dost əlaqələrinə malik olan Türkiyə və İsrail arasında korlanmış münasibətləri daha da pisləşdirib.