Accessibility links

2013-cü ildə Azərbaycanda qeydiyyata alınan əcnəbilərin sayı artıb


Miqrant
Miqrant

Ölkədə 17 098 əcnəbi Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatdan keçib

2013-cü il ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 18,8 faiz artıb. Fondun məlumatına görə, onların sayı 17 098 nəfərə yüksəlib. Ötən il yanvarın 1-i üçün onların sayı 13 876 nəfər idi.

Ölkədə 100 ölkədən əcnəbi çalışır. Hazırda sistemdə qeydiyyatda olan əcnəbilərin 9 848 nəfərini Türkiyə vətəndaşları, 1 881 nəfərini Gürcüstan vətəndaşları, 904 nəfərini Rusiya Federasiyasının vətəndaşları təşkil edir.

Ardınca İran İslam Respublikası (560), Hindistan (422), Çin Xalq Respublikası (404), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (247), Özbəkistan (199), və s. gəlir.
Fondun məlumatına görə, əcnəbilərin 89,8 faizini kişilər, 10,2 faizini isə qadınlar təşkil edir.

2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

Ekspertlərin fikrincə, qeydiyyata alınan işçi qüvvəsi real göstəricidən xeyli azdır.
XS
SM
MD
LG