Accessibility links

Avropa İttifaqı Azərbaycanda ədliyyə islahatlarını dəstəkləyir


Avropa İttifaqı Azərbaycanın ədliyyə sistemində islahatların dəstəklənməsi üzrə yeni layihənin maliyyələşdirilməsinə başlayıb.

Dekabrın 9-da “Azərbaycanda ədliyyə sisteminin inkişafına dəstək və məhkəmə qərarlarının icra edən strukturların göstərdiyi xidmətlərin təkmilləşdirilməsi” layihəsinin təqdimatı olub.

Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası və baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi layihədə əsas məqsəd məhkəmə-hüquq sistemində islahatların gələcək inkişafına dəstək və cinayətkarlığa qarşı mübarizənin idarə edilməsinin təkmilləşdirilməsidir.

Tədbirdə Aİ missiyası, benefisiar qurumlar, hökumət qurumları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.

2018-ci ilin sentyabrınadək davam edəcək layihə çərçivəsində məhkəmə hakimiyyəti idarəetmə orqanlarının rolunun və funksiyasının təhlili aparılacaq, hakimlərin peşəkarlığının qiymətləndirilməsi metodologiyası tətbiq ediləcək, probasiya xidmətinin konsepsiyası işlənib hazırlanacaq, maarifləndirici seminarlar, Avropa ölkələrinə təlim səfərləri təşkil olunacaq.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG