Accessibility links

Sunday Times: Rusiya və Çin Snoudendən məxfi informasiya alıb


Britaniyanın aparıcı qəzetlərindən biri olan The Sunday Times Rusiya və Çinin ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş kontraktoru Edvard Snoudenin qaçırdığı məxfi sənədlərin şifrələrini açdığını və bunun Britaniya rəsmilərini "qeyri-dost ölkələrdə" kəşfiyyat işçilərini əməliyyatlarda iştirakdan geri çağırmağa məcbur etdiyi haqda məlumat verib.

Qəzetin verdiyi məlumata əsasən, Britaniya rəsmiləri bu addımı Moskvanın Snoudenin 2013-cü ildə Birləşmiş Ştatları tərk edən zaman özü ilə götürdüyü bir milyon şifrələnmiş sənədlə tanış olmaq imkanı əldə etməsindən sonra verib.
ABŞ-ı tərk edəndən bir müddət sonra Edvard Snouden ona Rusiyada müvəqqəti sığınacaq verən Rusiya prezidenti Vladimi Putinin onu himayə etməsini istəyib. Bundan sonra isə Snouden ona Rusiya ərazisində azad şəkildə hərəkət etmək imkanı verən daimi yaşayış icazəsi alıb.

The Sunday Times qəzeti Britaniyanın rəsmi mənbəsinə istinadən xəbər verib ki, sənədlərin şifrələrinin açılması "agentlərin geri çağırılması və əməliyyatların aparıldığı haqda informasiyanın məlum olması isə həyat əhəmiyyətli məlumatların alınmasının qarşısını alıb." Baş nazir Deyvid Kameronun ofisinin bir rəsmisi "kiminsə zərər aldığı haqda məlumatın olmadığını" deyib.

The Sunday Times qəzeti eyni zamanda, ayrı-ayrı hökumət rəsmilərinə istinadən Çinin də Qərb ölkələrinin kəşfiyyat xidmətlərinin fəaliyyətində istifadə edilən müxtəlif vasitələrin açıqlandığı bu sənədlərlə tanış olmaq imkanı olduğu haqdaməlumat verib.

London və Vaşinqton hələlik bu açıqlamalara rəsmi münasibət bildirməyib.

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş kontraktoru Edvard Snouden agentliyin 1,7 milyon məxfi sənədinin fayllarını yükləyib ölkəni tərk edən zaman özü ilə aparmışdı. Onlar arasında ABŞ hökumətinin milyonlarla insanın telefon danışıqlarının dinlənildiyinə dair gizli sənədlər də var idi.

Edvard Snoudenə qarşı ABŞ-ın Kəşfiyyat Aktının pozulması və hökumətin əmlakının oğurlanması ittihamları irəli sürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG