Accessibility links

Efiopiya təyyarəsinə məxsus qara qutuların hər ikisi tapılıb


Efiopiya hava yolları şirkəti bazar ertəsi Tvitter hesabında axtarış qrupunun bazar günü təyyarəyə məxsus qara qutuların hər ikisini tapa bildiyi barədə məlumat verib.

Efiopiyanın paytaxtı Addis Ababadan Nairobiyə istiqamətlənən Boeing 737-MAX 8 təyyarəsinin havaya qalxdıqdan cəmi altı dəqiqə sonra qəzaya uğraması nəticəsində həlak olan 157 nəfər üçün matəm saxlanılır.

Sərnişinlərdən təxminən 20 nəfər BMT-nin Ətraf Mühit Proqoramı tərəfindən hər il keçirilən yığıncaqda iştirak etmək üçün təşkilatın baş qərərgahının yerləşdiyi Kenyanın paytaxtı Nairobiyə səyahət edirdi.

Bazar ertəsi mərasimin keçirildiyi yerdə BMT bayrağı yarıya endirilib.

İştirakçılar həlak olan həmkarlarının xatirəsini bir dəqiqəlik sükutla anıb.

Qəzadan sonra Efiopiya hava yolları şirkəti özünün Boeing 737-Max 8 təyyarələrinin uçuşlarını dayandırıb.

Boeing şirkəti bəyanatında bunları deyib - “Boeing şirkətinin texniki heyəti Efiopiya Qəza Araşdırma Bürosu və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsinin rəhbərliyinin nəzarəti altında texniki yardım göstərmək məqsədi ilə qəza zonasına göndərilib.”

Efiopiya hava yollarının rəhbəri Tevolde Qebreməryəmin sözlərinə görə, nasazlıq barədə məlumat verdikdən sonra təyyarənin pilotuna geri, uçuş xəttinə dönmə icazəsi verilib.

Laynerin icraçı direktoru qəzanın səbəbi ilə bağlı heç nəyi istisna etmədiyini deyib.

Çin, İndoneziya və Kayman Adaları Boeing 737-Max 8 təyyarələrinin uçuşlarını dayandırıb.

Qəzaya uğrayan təyyarədə azı 35 ölkənin vətəndaşı olub.

Layner aydın hava şəraitində Bişoftu şəhəri yaxınlığında düşüb.

Təyyarə yeni idi və mülkü aviasiya bazasına noyabrda gətirilmişdi.

Uçuşları qeydə alan Flightradar 24 Tvitterdə havaya qalxdıqdan sonra laynerin şaquli sürətinin qeyri-stabil olduğunu yazıb.

XS
SM
MD
LG