Accessibility links

Efiopiyada etirazlar zamanı azı 78 nəfər ölüb


Baş nazirin mətbuat katibinin bildirdiyinə görə, keçən həftə Efiopiyada məşhur bir fəala qarşı rəftara görə keçirilən etiraz aksiyalarında azı 78 nəfər ölüb.

Billene Seyumun mətbuat konfransında iğtişaşlarda 409 nəfərin həbs edildiyini və təhqiqatın davam etdiyini deyib. O, ölənlərin sayının daha çox ola biləcəyini bildirib.

Ölkənin baş naziri Abi Əhməd iğtişaşların baş verdiyi paytaxt Əddis-Əbəbədən 100 km qərbdəki Amboyu ziyarət edərkən 700-ə yaxın nümayişçinin etirazı ilə qarşılanıb.

Baş nazir yerli siyasətçilərlə görüşərkən şəhər meriyasının qarşısına toplaşan
fəal Cəvar Məhəmmədin tərəfdarları "Məhv olsun Abiy" və "Cəvar bizim qəhrəmanımızdır" şüarları səsləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG