Accessibility links

Efiopiyada sərnişin təyyarəsi qəzası 157 nəfərin həyatına son qoydu


Efiopiyada Boeing-737 sərnişin təyyarəsi qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 149 sərnişin və 8 ekipaj üzvü var idi. Təyyarə Efiopiya paytaxtı Əddis-Əbəbə şəhərindən Keniyanın paytaxtı Nayrobi şəhərinə reys həyata keçirirdi.

Efiopiya baş nazirinin administrasiyası həlak olanların ailələrinə başsağlığı ifadə edib. Ölkənin dövlət televiziyası bildirir ki, həlak olan 157 nəfər dünyanın 33 müxtəlif ölkəsinin vətəndaşlarıdır.

Hava yolları şirkəti təyyarənin qəzaya uğramasının səbəbinin hələlik naməlum olduğunu bildirir. Şirkətin məlumatında deyilir ki, təyyarə Debre Zeyt şəhəri yaxınlığındakı Bişoftu vulkanı ərazisində qəzaya uğrayıb.

Bu, 2019-cu ildə baş verən ilk böyük sərnişin təyyarəsi qəzasıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
please wait

No media source currently available

0:00 0:11:27 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG