Efiopiyanın baş naziri Abi Əhməd son bir neçə gündə keçirilən nümayişlər zamanı ordu ilə qarşıdurmada 100-dən çox insanın öldürülməsindən sonra dövləti idarə edən Hərbi Şura ilə demokratik hərəkat liderləri arasında danışıqlara vasitəçilik etmək üçün Xartuma gəlib.
Abi Əhməd artıq cümə günü ordu generalları ilə görüşüb. O, eləcə də azadlıq və dəyişiklik bəyannaməsi ilə çıxış edən qüvvələrin və uzun müddət hakimiyyətdə olan Ömər əl-Bəşiri aprel ayında hakimiyyətdən devirmiş siyasi qrupların liderləri ilə ayrı-ayrılıqda görüşməyi planlaşdırır.
Nümayişçilər və ordu arasında danışıqlar bazar ertəsi, təhlükəsizlik qüvvələrinin oturaq aksiya keçirən etirazçılaçılara hücumundan sonra dayandırılıb.
Sudanın səhiyyə işçiləri qarşıdurmalar zamanı 113 nəfərin öldüyünü, 500-dən çox insanın yaralandığını bildirir.
General Əbdül Fəttah Bürhanın şərtsiz danışıqlar təklif etməsinə baxmayaraq, nümayiş liderləri insanların öldürüldüyünü və bu halların hələ də davam etdiyini əsas gətirərək onu qeyri-səmimilikdə ittiham edib və təklifini rədd ediblər.