Accessibility links

Efiopiyanın baş naziri Meles Zenavi vəfat edib


Dövlət televiziyası Melesin ölümü barədə açıqlama verib

Efiopiya baş naziri Meles Zenavinin səhətti haqqında mətbuatda aylarla dolaşan fərziyyələrin ardınca o, 57 yaşında vəfat edib.

Çərşənbə axşamı dövlət televiziyasının verdiyi məlumatda onun xaricdəki xəstəxanada gecə vaxtı qəfil infeksion xəstəlikdən vəfat etdiyi deyilir.

Amerikanın Səsinin Somali xidmətinə müsahibə verən dövlət mətbuat katibi Bərəkət Simon cənab Melesin harada vəfat etdiyini və xəstəxanaya yerləşdirilməsinə hansı xəstəliyin səbəb olduğunu açıqlamayıb.

Cənab Meles ölümündən iki ay əvvəlki müddətdə ictimaiyyət qarşısında görünməyib. Mətbuat katibinin bildirdiyinə görə, baş nazirin vəzifələrini onun müavini və xarici işlər naziri Hayliməryəm Desaleyn icra edəcək.

Xatırladaq ki, cənab Meles 1991-ci ildə inqilabla hakimiyyətə gələn Efiopiya Xalqı İnqilabçı Demokratik Cəbhəsinin lideri olub və ölkəni 20 ildən artıq müddətdə idarə edib.
XS
SM
MD
LG