Accessibility links

Əfqanıstan təhlükəsizlik qüvvələri Talibana qarşı əməliyyatları gücləndirir


Əfqanıstan rəsmiləri bildirib ki, təhlükəsizlik qüvvələri ölkənin şimalında strateji əhəmiyyətə malik Gündüz şəhərində Taliban döyüşçülərinin hücumundan sonra onlara qarşı əməliyyatları davam etdirir.

Rəsmilər deyib ki, Taliban yaraqlılarının yerli sakinlərin evlərində gizlənməsi şəhərdə təhlükəsizliyin bərqərar edilməsi prosesini ləngidir.

Taliban sözçüsü döyüşçülərin əfqan qüvvələrini məğlub etdiyini və şəhərin mərkəzində islamçı üsyançıların bayrağının yüksəldildiyini iddia edib.

Talibanın açıqladığı videoda militantların şəhərin mərkəzində üstünlük əldə etdiyi və əsas yol kəsişməsinin nəzarətini ələ keçirdiyi göstərilir.

Lakin NATO missiyasının açıqladığı bəyanatda hökumətin Gündüz şəhərinə nəzarət etdiyi və Əfqanıstan təhlükəsizlik qüvvələrinin mərkəzi meydanın nəzarətini ələ keçirdiyi bildirilib.

Son döyüşlər prezident Əşrəf Qani və baş icraçı Abdullah Abdullahın beynəlxalq ictimaiyyət tərəfindən növbəti dörd il ərzində Əfqanıstanın yenidən bərpası üçün maliyyə yardımı ayrılacağını təmin etmək məqsədilə Brüsseldə keçirilən konfranda iştirak etdiyi vaxta təsadüf edir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG