Accessibility links

Jurnalistin xəstəliyi ağırlaşıb


A police officer raises his pepper spray handgun as he detains a man during a march against the national security law at the anniversary of Hong Kong's handover to China from Britain in Hong Kong, July 1, 2020.
A police officer raises his pepper spray handgun as he detains a man during a march against the national security law at the anniversary of Hong Kong's handover to China from Britain in Hong Kong, July 1, 2020.

Əfqan Sadıqov qan təzyiqi və ürək ağrılarından əziyyət çəkir

Həbsdə olan jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Facebook statusunda Əfqanın ağır xəstəliyindən yazıb.

Sevinc Sadıqova bildirir ki, Əfqan Sadıqovla telefonla danışıb. Sağlamlıq durumu getdikcə pisləşir.

"Aprelin 26-da axşam yenə ölümdən dönüb, vəziyyəti çox pis olub. Təzyiqi o qədər yüksək olub ki, qıcolma keçirib və bütün bu hadisələr Kürdəxanıda - Bakı İstintaq Təcridxanasının rəisinin gözləri önündə baş verib. Ancaq rəis buna reaksiya belə vermir və susur", o qeyd edib.

Sevinc Sadıqova deyir ki, artıq 1 aydan çoxdur ki, Əfqan Sadıqov qan təzyiqi və ürək ağrılarından əziyyət çəkir, xəstəliyi getdikcə ağırlaşır, ayaqları şişib.

Onun dediyinə görə, mənşəyi bilinməyən iynələr vura-vura təcridxanada Əfqan Saqıdovun səhhətini lap pisləşdiriblər.

Sevinc Sadıqova müraciət etdiyi qurumlara həyat yoldaşının niyə xəstəxanaya aparılmaması sualını ünvanlayır və Əfqan Sadıqovun həyatının təhlükədə olduğunu bildirir.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov isə Sevinc Sadıqovanın dediklərini əsassız adlandırır.

"Həbsxanada da, təcridxanada da Əfqan Sadıqovun səhhəti həkim nəzarətində olub. Aprel ayında xroniki xəstəlikdən Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında müalicə alıb".

İftixar Qurbanov bildirib ki, Əfqan Sadıqov arterial qan təzyiqindən əziyyət çəkir və buna görə də dərmanları mütəmadi qəbul etməlidir. Deyilənə riayət etsə təzyiq normada qala bilər.

İftixar Qurbanov Əfqan Sadıqova hansısa mənşəyi məlum olmayan iynələrin vurulması barədə deyilənləri də əsassız sayıb.

"Ə.Sadıqova tanımadığı preparat verilməyib və ya iynə vurulmayıb. Savadlı adamdır, bilir ki, verilən preparat və vurulan iynə nə üçündür", İftixar Qurbanov deyib.

Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb, 2.5 il həbsə məhkum edilib. Jurnalist İcra Hakimiyyətinin binasında bir qadını vurmaqda ittiham olunub. Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus hesab edirlər.

2017-ci ilin noyabrında Ali Məhkəmə Əfqan Sadıqovun cəza müddətini 2,5 ildən 1,5 ilədək azaldıb. Mayın 23-də onun cəza müddəti bitir. Ancaq 2017-ci ilin dekabrında ona qarşı diffamasiya haqqında cinayət iddiasını bərpa ediblər. İddianı Cəlilabad rayonunun keçmiş icra hakimiyyəti başçısı A.Əzizov qaldırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG