Accessibility links

Əfqanıstanda intiharçı bomba hücumu olub


Əfqanıstanın cənubunda yerləşən Helmand əyalətində böyük intiharçı maşın bombası hücumu nəticəsində azı 29 nəfər ölüb, 60-dan çox insan yaralanıb.

Şahidlər deyir ki, bomba partlayışının olduğu yerdə əsgərlər və hökümət işçiləri Yeni Kabil Bankının önündə maaşlarını almaq üçün toplanmışdı.

Ölümcül bomba hücumu bazar günü keçiriləcək Ramazan bayramından bir neçə gün öncəyə təsadüf edib.

Daha sonra hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb.

Helmand Talibanın nəzarət etdiyi ən böyük Əfqanıstan əyalətidir.

Cümə axşamı həyata keçirilən hücum Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı siyasi vəziyyəti və təhülkəsizliyi müzakirə etməsindən bir gün sonraya təsadüf edir.

BMT-nin Əfqanıstan nümayəndəsi Tadamiçi Yamamoto çərşənbə günü keçirilən görüşdə Talibanın irəliləyişlər əldə etdiyini deyib və qiyamçılarla “real sülh prosesinin başladılmasına” ehtiyac duyulduğunu vurğulayıb.

Prezident Əşrəf Qaninin milli birlik höküməti koalisiya tərəfdaşları və müxalif siyasətçilər tərəfindən təzyiqlərlə üzləşir. Onlar hökümətin istefasına çağırır.

XS
SM
MD
LG