Accessibility links

Əfqanıstanda mülki vətəndaşlar hücumlara məruz qalıblar


Əfqanıstanın cənubunda rəsmilər yolkənarı bomba partlayışı nəticəsində 6 mülki vətəndaşın həlak olduğunu deyirlər.

Rəsmilər maşının Uruzqan vilayətində bombaya dəydiyini bildirirlər.

Əfqanıstanın qərbindəki Fərah vilayətində raket hücumu qubernator idarəsini hədəf alıb.

Hücum nəticəsində bir mülki vətəndaş ölmüş, 28 adam, o cümlədən uşaqlar, yaralanmışdır.
Hücumlara görə məsuliyyəti hələ ki, öz üzərinə götürən olmayıb.
XS
SM
MD
LG