Accessibility links

Əfqanıstanda Talibanla güclü döyüşlər başlayıb


Əfqanıstan rəsmiləri və yaraqlı mənbələri bildirir ki,döyüşlər ölkənin şimalında Gündüz şəhərinə yaxınlaşıb.

Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, Əfqanıstan qüvvələri ən azı 44 Taliban yaraqlısını öldürüb və vilayət paytaxtı yaxınlığında gedən döyüşlərdə çoxsaylı yaraqlı isə yaralanıb. Döyüşlər cümə günü Taliban şəhərə nəzarəti ələ keçirmək üçün Gündüzün girişindəki təhlükəsizlik postlarına hücumları ilə başlayıb.

Hər iki tərəf qarşı tərəfin çoxsaylı itki verdiyini desə də, Gündüzdəki zorakı vəziyyət səbəbilə itkilərin nə qədər olduğunu təsdiq etmək mümkün olmayıb.

Taliban sözçüsü Əfqamıstan və ABŞ-ın başçılıq etdiyi xarici qüvvələri Gündüz və ətrafında güclü ərazi bomba hücumları həyata keçirməkdə ittiham edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG