Accessibility links

İslam Dövləti qrupu Əfqanıstanda mövqeyini gücləndirir [Video]


İslam Dövləti qrupu Əfqanıstanda mövqeyini gücləndirir
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Nanqarhar rəsmiləri və yerli sakinlər deyir ki, İslam Dövləti qrupu vilayətin yeddi rayonunda mövqeyini gücləndirə bilib.

Burada militantlar özünü xəlifə elan etmiş Əbubəkir Əl-Bağdadiyə sədaqət bildiriblər. Onlar qrupun bayrağını dalğalandırıb, düşmənləri edam ediblər. Onların qrupla birbaşa əlaqəsi olub-olmadığı hələlik bilinmir.

Zabihullah Zamarai: "Onlar sürətlə yayılmağa başladılar, əsasən Talibanın olduğu yerlərdə fəaliyyət göstərirlər. Taliban məğlubiyyətə uğrayıb. Onlar isə Talibanın varisləridir.”

Bati Kot rayonunda cihadçılar üstünlük təşkil edir. Rayonun qubernatoru Taliban qüvvələri onun 16 qohumunu öldürdükdən sonra onun mühafizəsini gücləndirilib.

Hacı Qalib Mücahid: “Üç həftə əvvələ qədər Talibanın üstünlük təşkil edirdi. İslam Dövləti qrupunun militantları Daqada Talibanla döyüşərək beş nəfəri əsr alıb başlarını kəsmişdilər. Taliban döyüşçüləri iki İŞİD militantını öldürüb. Həmin insanlar Taliban qüvvələri ilə bir idi. Onlar indi İŞİD-in bayrağını dalğalandırır. Döyüşçülərin çoxu artıq İŞİD-ə qoşulub.”

İŞİD yüksək maaş, Əl-Bağdadının liderliyi və hədsiz gücü haqda təsəvvürlərə görə döyüşçüləri öz sıralarına cəlb edə bilir. İslam Dövləti qrupunun Bati Kot rayonunda keçirdiyi görüş zamanı qəbilə liderləri cəzalandırılıb, sakinlərə qarşı zorakılıqlar törədilib və bir sıra qadağalar tətbiq edilib.

İctimaiyyətin artan təhlükələrin qarşısını almaq çağırışlarına rəsmilər vəziyyətin nəzarət altında olduğu haqda iddialarla cavab verir.

Polis zabiti Məhəmməd Əmin Manqal təchizat, kifayət qədər resurs və personalın olduğunu deyir.

Bati Kot rayonunun polis məntəqəsi dəfələrlə hücuma məruz qalıb. Polis qüvvələri hücumların İŞİD və digər militantların bölgədən uzaqlaşdırılmasından sonra azaldığını bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG