Accessibility links

Taliban yaraqlıları Kabildə qonaq evinə hücum edib


Əfqanıstan rəsmiləri Taliban yaraqlılarının Kabildə xarici vətəndaşların qaldığı qonaq evinə hücum zamanı iki mülki vətəndaşın və azı üç talibançının öldüyünü bildirib.

Hökumət və hərbi qüvvələrin rəsmiləri müxbirlərə silahlı şəxslərin parlament binası yaxınlığında yerləşən qonaq evinə hücum etdiyini və nəzarəti ələ keçirmək üçün bir neçə saat ərzində atəş açdığını deyiblər.

Daxili işlər nazirliyinin sözçüsü Sediq Seddiqi iki silahlı şəxsin öldürüldüyünü, üçüncünün isə üzərindəki partlayıcıları işə salaraq öldüyünü bildirib.

Ölən mülki vətəndaşlardan birinin xarici olduğu deyilir. Onların hər ikisi behnəlxalq yardım təşkilarının işçiləri olub.

Təhlükəsizlik qüvvələri hücum zamanı girov götürülmüş altı əfqan və iki xarici vətəndaşı xilas edib.

Taliban açıqladığı bəyanatda hücuma görə məsuliyyəti öz üzərinə götürürərək, qonaq evinin xristian yevangelist mərkəzi olduğunu bildirib. Qonaq evindən hansı məqsədlə istifadə edildiyinə dair ziddiyyətli məlumatlar verilir.

Taliban yaraqlıları həmçinin Britaniyanın keçmiş hərbi bazasında Əfqanıstan hərbi qüvvələrinə hücum edib. Helmənd vilayətinin qubernatorunun sözçüsü Ömər Zvak bildirib ki, hücum zamanı iki əfqan əsgəri həlak olub, 20-dən çox Taliban yaraqlısı isə qətlə yetirilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG